İtən təyyarənin axtarışları dayandırılır
Peyk məlumatlarına əsasən təyyarənin axtarışları Hind okeanında həyata keçirilir. Son vaxtlara qədər onun tapılması ilə bağlı əməliyyatlarda səkkiz ölkə iştirak edib. Axtarışlar həm səma həm də su vasitəsilə aparılıb.
Xatırladaq ki, P-3 "Orion" patrul təyyarəsi Hind okeanının dibində qara qutulardan gəldiyi ehtimal edilən yeni siqnallar əldə etmişdi. Bundan başqa axtarış əməliyyatlarının iştirakçıları təyyarənin tapılması üçün “Bluefin-21” adlı sualtı robotunu işə salıblar. Lakin qurğunun 4,5 kilometr okean dərinliyində apardığı axtarışlar uğurla yekunlaşmayıb.
Xatırladaq ki, martın 8-də Malayziyanın paytaxtı Kuala-Lumpurdan Çinin paytaxtı Pekinə uçarkən yoxa çıxan təyyarədə ekipaj üzvləri ilə birlikdə 239 nəfər olub. Onların əksəriyyəti Çin vətəndaşlarıdır.
Eldar
AzVision.az
Teqlər: