İsti havada şəkər xəstələri üçün 5 İÇKİ

   İsti havada şəkər xəstələri üçün 5 İÇKİ
  17 Avqust 2022    Oxunub:1431
Şəkər xəstələrinin istidə maye itkisinin qarşısını almaq üçün bəzi içkilərin aı açıqlanıb.

Lent.az xəbər verir ki, bu barədə həkim Olqa Kaşlyak “Gazeta.Ru”-ya müsahibə verib.

“Şəkər xəstəsi üçün ən vacib tövsiyə odur ki, həmişə əlinizdə su olmalıdır. Hər dəfə susuzluq hiss etdikdə içmək lazımdır. Özünüzü su içməyə məcbur etmək lazım deyil. Gün ərzində kiçik qurtumlarla bnu etmək olar”,- deyə həkim bildirib.


Həkimin sözlərinə görə, adi suya yaxşı müxtəlif əlavələr etməklə şəkər xəstələri susuzluğu yatırda bilər.

Şəkərsiz çay (yaşıl, bitki mənşəli, limon balzamı və ya nanə, hibiskus), tərəvəz suyu (pomidor və ya xiyar), az yağlı süd (badam, yulaf əzməsi, düyü, kokos) və çay göbələyi (kombucha).

Sonuncu xüsusilə yüksək qlükoza ilə problemləri olan insanlar üçün faydalıdır. İçkinin tərkibindəki şəkər zamanla göbələk və bakteriyaların qarışığı ilə çıxarılır.

İsti havada şəkər xəstələri şəkərli qazlı içkilərdən, alkoqoldan, kofeinli və karbohidratlı enerji içkilərindən, mağazadan alınmış meyvə şirələrindən uzaq durmalıdırlar.


Teqlər:





Xəbər lenti