Çimərlikdə araq içmək olmaz - Ölümcül təhlükə

   Çimərlikdə araq içmək olmaz -    Ölümcül təhlükə
  17 Avqust 2022    Oxunub:1779
Alkoqolun ən çox bilinən təsiri bu içkinin bədəndəki su ehtiyatını qurutmasıdır. Bu, ağız quruluğu və baş ağrısı kimi problemlərə səbəb ola bilər.
AzVision.az xəbər verir ki, bu barədə ürək-damar cərrahiyyə uzmanı Cabir Gülmalıyev məlumat verib. Həkim bildirib ki, günəş altında alkoqol qəbulu infarkt riskini artırır:

"Həddindən artıq gün işığına məruz qalmaq onsuz da özlüyündə bir risk olsa da, alkoqol qəbulu ilə vəziyyət daha da pisləşə bilər. Qan səviyyəsində ani dəyişikliklər və həddindən artıq yorğunluq nəticəsində arzuolunmaz infarkt keçirmə riski artır".

AzVision.az



Teqlər:





Xəbər lenti