"Kiyev Quterreşin səfəri zamanı AES-də təxribat törədəcək" - Konaşenkov
Rusiyanın məlumatına görə, “təxribat” cümə günü baş tutacaq.
“Kiyev rejimi avqustun 19 - da BMT-nin baş katibi Antonio Quterreşin səfəri zamanı Zaporojye Atom Elektrik Stansiyasında rezonans doğuracaq təxribat hazırlayır. Bunun nəticəsində Rusiya Federasiyası AES- də baş verəcək texnogen fəlakətin yaranmasında günahkar sayılacaq” – Konaşenkov deyib.
Onun sözlərinə görə, guya Ukrayna Silahlı Qüvvələrinin artileriyası Nikopol şəhərində yerləşən atəş mövqelərindən ZAES-ə zərbələr yetirəcək. Rusiya Federasiyası Silahlı Qüvvələrinin Radiasiya, Kimyəvi və Bioloji Mühafizə Qoşunlarının 704-cü qoşun alayının bölmələri ZAES bölgəsində öz qüvvələrini yerləşdirməyə hazırlaşırlar. Ukrayna Zaporojye AES-də baş verəcək qəza faktını qeydə almaq, habelə onun ehtimal olunan nəticələrinin aradan qaldırılmasını nümayiş etdimək üçün bir sıra tədbirlər həyata keçirəcək.
Şəms Şahinli
AzVision.az