Ləyaqət və tualet

Ləyaqət və tualet
  30 Aprel 2014    Oxunub:1561
Zaur Rəsulzadə

Təcrübəli jurnalistlərdən biri bizim “hüquq müdafiəçilərimiz” haqqında belə demişdi: “Onların necə də yüngül işi var. Çünki mövcud olmayan şeyi axtarmaqdan asan heç nə yoxdur!” Bu sözlər yerli şou-biznes nümayəndələrinə bənzəyən və həm hüquq-mühafizə orqanlarının əməkdaşları, həm də jurnalistlər barəsində sola və sağa təhqirlər yağdıran “günün qəhrəmanı” Leyla Yunus üçün hələ də aktualdır.
Onun ifadələrindən biri xüsusilə maraq doğurur. Ötən gün hüquq müdafiəçisi ilə polislər arasında belə dialoq olub:

- Sizi həbs etmək lazımdır. Daha yaxşısı isə güllələmək...
- Və bu, “hüquq müdafiəçisi”nin sözləridir?
- Hüquq müdafiəçisi cinayətkarların məhv edilməsini istəyir!

Qəribədir. Hüquq müdafiəçisi cinayətkarların məhv edilməsini necə istəyə bilər? Axı həqiqətdə hər şey əksinə olmalıdır. Cinayətkarların da hüquqları var və hüququ müdafiəçisi onların təmin olunması üçün mübarizə aparmalıdır. Hüquq müdafiəçisinin hədəfi cinayətkarların məhv edilməsi deyil, onların islah olunması və cəmiyyətə qaytarılmasıdır.

Leyla Yunus öz sözləri ilə sübut edir ki, həqiqətdə o hüquq müdafiəçisi deyil.

Elə həmin gün Leyla Yunusun bu şousuna Baş Prokurorluq öz bəyanatı ilə cavab verdi. Bəyanatda bildirilir ki, Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində istintaq edilən konkret cinayət işi ilə bağlı yaranmış zərurətlə əlaqədar hüquqi qeydiyyatdan keçməyən “Sülh və Demokratiya İnstitutu” adlı qurumun sədri Leyla Yunusova və həmin institutda ekspert qismində çalışan Arif Yunusovun şahid qismində dindirilməsi nəzərdə tutulub.

Cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq onların iş üzrə dindirilmələri üçün istintaqa gəlmələri məqsədilə çağırış vərəqələrinin şəxsən təqdim edilməsinə, həmçinin dəfələrlə telefon əlaqəsi yaradılmasına baxmayaraq, hər iki şəxs üzrlü səbəb olmadan qəsdən istintaqdan yayınıblar.

Arif Yunusov aprelin 25-də “III dərəcəli Hipertoniya xəstəliyi” diaqnozu ilə xəstəxanaya aparılaraq, aprelin 28-də xəstəxanadan buraxılsa da, ifadə vermək üçün istintaqa gəlməyib və bankların birindən külli miqdarda pul vəsaitini çıxarmağa cəhd edib. Aprelin 28-də Leyla və Arif Yunusovlar bəzi xarici ölkə səfirliklərinin əməkdaşlarının köməyi ilə respublikanı birdəfəlik tərk etmək niyyətilə saat 23:00 radələrində Heydər Əliyev Beynəlxalq Aeroportuna gələrək, Bakı-Doha aviareysilə Avropa ölkələrindən birinə getmək istəyərkən istintaqdan yayınmalarının qarşısı alınıb.

Yasamal Rayon Məhkəməsinin qərarı əsasında onların şəxsi yük baqajına baxış keçirilərkən oradan iş üçün əhəmiyyət kəsb edən sənəd və əşyalar, o cümlədən, xarici ölkədə Leyla Yunusovanın adına olan mülkə dair sənədlər, informasiya daşıyıcıları və digər sənədlər aşkar edilərək maddi sübut kimi götürülüb. Eyni zamanda, həmin məhkəmənin qərarı əsasında onların yaşadıqları və işlədiyi ünvanlarda axtarış aparılıb. Leyla Yunusova iş üzrə şahid qismində dindirilib, Arif Yunusov isə səhhətinin pisləşməsilə əlaqədar müalicəsinin davam etdirilməsi üçün yenidən xəstəxanaya yerləşdirilib.

Artıq məlumdur ki, əvvəllər hər yerdə “məni də həbs edin” qışqıran Leyla Yunus Fransa səfirliyindən beş illik şengen vizası alaraq ölkəni birdəfəlik tərk etmək istəyirmiş.

Ortaya ilk sual çıxır: Əgər sən öz günahsızlığında əminsənsə, Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsinə yalnız ifadə verməyə dəvət ediləndə ölkəni niyə tərk edirdin?

Amma hətta bu da ən əsası deyil. Yunus cütlüyü həb edilən jurnalist Rauf Mirqədirovun taleyinə tüpürüb, ölkədən qaçmağa çalışıb. Axı Rauf Mirqədirovun düşdüyü bu vəziyyətə görə mənəvi məsuliyyəti onu Ermənistana göndərən Leyla və Arif Yunuslar daşıyırlar.

Milli Məclisin deputatı Fuad Muradovun vurğuladağı kimi, “bizdə xeyli sayda hüquq müdafiəçisi var, lakin Leyla Yunus həmişə onlardan ayrı çalışır. Onun həmişə anlaşılmayan, gizli, qeyri-müəyyən mənbələri var”. Hüquq müdafiəçisinin bununla Azərbaycanın düşmənlərini razı salmağa və erməni təşviqatına Azərbaycanı ləkələməkdə kömək etməsi barədə təəssürat yaranır.

Muradovun bu sözləri də diqqətəlayiqdir: “Leyla Yunusun fəaliyyəti ilə bağlı danışmaq arzuolunmazdır. Çünki o və onun kimilər məhz hər şeyin müzakirə edilməsini istəyirlər. Ən ciddi problem isə budur ki, bəzi beynəlxalq təşkilatlar məhz Leyla Yunusun sözlərinə istinad edirlər. Bu isə onu deməyə imkan verir ki, Azərbaycanın imicinin ləkələnməsi ilə bağlı məqsədyönlü iş aparılır.

Həmkarı Fəzail Ağamalı da Muradovla razılaşır. O, xüsusilə vurğulayıb ki, Leyla Yunus öz fəaliyyətini məhz Ermənistanın maraqları üzərindən qurur: “O, öz vətənin bağlı olan insan deyil. Ölkə vətəndaşı olması onun Azərbaycan vətəndaşlarına şər atmasına mane olmur”.

Onu Azərbaycanın maraqları az narahat edir. Onun üçün əsas tualetdir. Yunus qonşunun evində ona təkbaşına tualetə getməyə icazə verməyən polis zabitinin bu hərəkətinə görə özünün təhqir edildiyini bildirib (!). “Bax bu kişi, zabit mən unitazda oturduğum vaxt dayanıb, mənə baxırdı”.

Yeri gəlmişkən, tualet haqqında təfərrüatlar bu qədər vacib idimi? Bu uşaq hərəkəti nəyə lazımdır? İnsan istənilən vəziyyətdə ləyaqətli olmalıdır. Səni vurmurlar, döymürlər, işgəncə vermirdilər, sadəcə, suallar verirdilər. Niyə belə isterikaya düşdün?

Bütün bu əhvalatdan məlum olur ki, Leyla Yunus məsuliyyətdən yayınmaq üçün bu tamaşanı təşkil edib.


Teqlər:  





Xəbər lenti