Qadını şantaj edərək intiharına səbəb olan şəxsin işi məhkəmədə

Qadını şantaj edərək intiharına səbəb olan şəxsin işi məhkəmədə
  20 Avqust 2022    Oxunub:1125
Şəkidə qadını şantaj edərək intiharına səbəb olan şəxsin cinayət işi məhkəməyə göndərilib.
Bu barədə Şəki Rayon Prokurorluğundan məlumat verilib. Belə ki, cari il mayın 8-də Şəki rayon sakini A.Babayevanın (ad və soyad şərtidir) yaşadığı evin həyətyanı sahəsindəki ağacdan özünü asaraq intihar etməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə başlanıb.

Aparılmış istintaqla Bakı şəhər sakini S.Məmmədovun (ad və soyad şərtidir) A.Babayevaya məxsus rüsvayedici foto və məlumatları yayacağı ilə bağlı dəfələrlə hədə-qorxu gələrək sonuncunu özünü öldürmə həddinə çatdırmasına əsaslı şübhələr müəyyən edilib.

S.Məmmədova Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilməklə cinayət işi baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilib.

Qeyd edək ki, Şabran rayonu ərazisində yanğınlar avqustun 15-dən etibarən başlayıb. Ötən gecə isə rayonun bəzi kəndlərində baş verən yanğınlar söndürülüb.

AzVision.az



Teqlər:





Xəbər lenti