Nüvə müharibəsi 5 milyard insanı məhv edə bilər - “Nature Food”

   Nüvə müharibəsi 5 milyard insanı məhv edə bilər -    “Nature Food”
  20 Avqust 2022    Oxunub:1983
Rusiya ilə NATO arasında nüvə müharibəsi olarsa, bundan 5 milyard insan ziyan çəkəcək. Bu barədə bir qrup elm adamının “Nature Food” jurnalında dərc etdirdikləri araşdırmada məlumat verilir.
Materialda deyilir ki, bir tərəfdən Rusiya, o biri tərəfdən ABŞ və müttəfiqləri atom müharibəsinə qoşulsalar, dünyadakı nüvə arsenalının 90%-dən çoxu işlənəcək. Nəticədə atmosferə 165 milyon ton kül atılacaq ki, bu da bütün planetdə “nüvə qışı”na səbəb olacaq.
Nüvə fəlakəti hazırlıqlarına başlanıldı: Ukraynalılara xüsusi dərmanlar paylanılır

Əgər bu baş verərsə, 360 milyon insan birbaşa nüvə zərbələrindən həlak olacaq, daha 5 milyard isə aclıq və ekoloji fəlakətlərdən həyatını itirəcək.

Mütəxəssislərin fikrincə, Hindistanla Pakistanın arasında nüvə müharibəsinin qlobal nəticələri buna nisbətən “yüngül” olardı - o halda 2 milyard insanın həlak olması ehtimal edilir.

Tariyel Həsənov
AzVision.az



Teqlər:   Nüvə   Təhlükə  





Xəbər lenti