“İnflyasiya ilə mübarizənin yeganə yolu var” – Aydarxan Kusainov

   “İnflyasiya ilə mübarizənin yeganə yolu var” –    Aydarxan Kusainov
  22 Avqust 2022    Oxunub:3779
“Mərkəzi bankların siyasəti iqtisadiyyatın strukturunun təcrid olunma, iqtisadi, ticarət və valyuta məzənnəsinin liberallaşdırılma dərəcələrindən və s.-dən asılıdır. Ona görə də, indiki yüksək inflyasiya şəraitində mərkəzi bankların hansı siyasəti yürütməsi ilə bağlı birmənalı resept yoxdur”.
Bunu AzVision.az -a tanınmış iqtisadçı ekspert, Qazaxıstan Respublikası Milli Bankının sədrinin keçmiş müşaviri Aydarxan Kusainov mərkəzi bankların inflyasiyanı azaltmaq üçün hansı siyasət yürütməli olduğu sualını cavablandırarkən deyib. Onun sözlərinə görə, bu məsələ ətrafında çoxlu mənasız müzakirələr gedir:

- Götürək Çinin təcrübəsini. Onun pul siyasəti daha ləngdir. Çində inflyasiyanın nəzarətdə saxlanması siyasətinin tətbiqi digər məsələlərlə yanaşı, iqtisadiyyatın strukturunun xüsusiyyətləri, dövlətin böyük payı və həm valyuta bazarının, həm də yuanın konvertasiyasındakı məhdudiyyətlərlə əlaqələndirilir. Çin iqtisadiyyatının bir xüsusiyyəti də dövlətin idarə etdiyi iri korporasiyaların iqtisadiyyatda əsas rolu və Kommunist Partiyasının iqtisadi münasibətlərdə mərkəzləşdirilmiş aparıcı funksiyasıdır. Belə bir şəraitdə Çinin öz pul-kredit siyasətinin olması aydındır,- A. Kusainov qeyd edib.
“Türk dövlətləri vahid valyuta haqqında düşünməlidir” – Rusiyalı ekspert

İqtisadçı bildirib ki, bazar iqtisadiyyatı və azad bazardan danışsaq, inflyasiya ilə effektiv mübarizə aparmağın yeganə yolu onun səviyyəsini hədəfləməkdir (“targeting”) . Qazaxıstan Milli Bankı faktiki olaraq inflyasiyanın hədəflənməsini həyata keçirmir, çünki inflyasiya yalnız sürətlənir və ölkə onunla inzibati amirlik üsulları ilə mübarizə aparmağa çalışır. Qiymətləri inzibati və digər üsullarla (iqtisadi tədbirlər - akimliklərin reydləri, dövlət sabitləşdirmə fondları vasitəsilə) tənzimləməyə cəhd etmək tam olaraq çıxılmaz vəziyyət yaradır. Qiymətlərə əsasən hökumət nəzarət edir.

- Bu, mənim “şizofreniya siyasəti” adlandıracağım şeyin bariz nümunəsidir. Yəni bir tərəfdən iqtisadiyyat liberallaşdırılır və bu zamana qiymətlərə təsir etməyin yeganə yolu inflyasiyanı hədəfləmə siyasəti olur. Digər tərəfdən belə çıxır ki, biz istədiyimizə çatmaq üçün iqtisadiyyatı tamamilə liberallaşdırmaq, bununla belə, inflyasiyanı hədəfləməkdən imtina etmək yolu ilə gedirik. Ona görə də Qazaxıstanda inflyasiya Rusiyadan yüksəkdir və yüksəlməkdə davam edir,- A.Kusainov bildirib.

Seymur Məmmədov
AzVision.az



Teqlər:   İnflyasiya  





Xəbər lenti