Britaniya Rusiyaya qarşı müharibəyə qoşula bilər

   Britaniya Rusiyaya qarşı müharibəyə qoşula bilər
  22 Avqust 2022    Oxunub:1128
Britaniya ordusu Rusiyaya qarşı döyüşmək üçün Ukraynaya göndərilə bilər. Orduya Ukraynaya səfərə hazırlaşmaq tapşırılıb.
Bu barədə britaniyalı zabit Pol Karni və general Riçard Dannat məlumat verib. Onun sözlərinə görə, hərbi qulluqçulara hər hansı mümkün ssenariyə hazır olmaları, həmçinin bu məsələni ailələri ilə də müzakirə etmələri bildirilib.

Britaniya hərbçiləri “istənilən təcavüzü dəf etməyə hazırlaşır”. Karni əsgərləri fiziki hazırlıqlarını yoxlamağa çağırıb. Eyni zamanda yaxınlarının da qayğısına qalmağı tapşırıb. Generalın sözlərinə görə, hərbçilər istənilən ssenariyə hazır olmalıdırlar.

AzVision.az



Teqlər:





Xəbər lenti