"Atletiko" Londonda tarix yazdı - VİDEO

"Atletiko" Londonda tarix yazdı - VİDEO
  01 May 2014    Oxunub:1120
Çempionlar Liqasında yarımfinal mərhələsinə yekun vurulub.
AzVision.az-ın məlumatına görə, "Land of fire Azerbaijan" formalı "Atletiko" (Madrid) səfərdə "Çelsi"nin qonağı olub.

Oyunda hesabı meydan sahibləri açsa da, madridlilər buna üç qolla cavab veriblər. Görüş 3:1 hesabı ilə "Atletiko"nun xeyrinə başa çatıb. İlk oyunda qolsuz heç-heçə qeydə alındığından bu qələbə "Atletiko"nu finla yüksəldib.

Qeyd edək ki, "Atletiko" final oyununda İspaniyanın digər təmsilçisi "Real"la qarşılaşacaq. Bununla da Çempionlar Liqası tarixində ilk dəfə bir şəhərin iki komandası finalda oynayacaq.

Final oyunu mayın 24-də Portuqaliyanın paytaxtı Lissabonda keçiriləcək.




Teqlər:  





Xəbər lenti