Bank sektorunun xarici öhdəlikləri artıb

Bank sektorunun xarici öhdəlikləri artıb
  24 Avqust 2022    Oxunub:1214
Cari ilin iyul ayında manatla geniş mənada pul kütləsi (M2) ilin əvvəlinə nəzərən 10 faiz, ötən ilin müvafiq dövrünə nəzərən isə 20.3 faiz artaraq 26,265.9 milyon manat təşkil edib.
AzVision.az Mərkəzi Banka istinadla xəbər verir ki, bank sektorunun xarici öhdəlikləri ilin əvvəlinə nəzərən 561.2 milyon manat artaraq 1,624.5 milyon manat təşkil edib. Xarici öhdəliklərdəki qeyd olunan dəyişiklik əsasən qeyri-rezident fiziki şəxslərin cari hesablarının həcmindəki artım ilə əlaqədardır.

AzVision.az



Teqlər: Bank  





Xəbər lenti