"Azərxalça" dörd ildir zərərlə işləyir

   "Azərxalça" dörd ildir zərərlə işləyir
  25 Avqust 2022    Oxunub:1365
“Azərxalça” ASC 2021-ci il üzrə maliyyə hesabatını açıqlayıb. ASC ötən ili də xalis zərərlə başa vurub. Təkcə ötən il “Azərxalça”nın satış gəlirləri 1,6 milyon manat (2020-ci illə müqayisədə 3 dəfə az), satışının maya dəyəri 1,2 milyon manat (3,8 dəfə az), sair gəlirləri 412 min manat (2,8 dəfə az) təşkil edib. Bu dövrdə “Azərxalça”nın inzibati və əməliyyat xərcləri 18% azalaraq 4,2 milyon manata, faiz gəlirləri isə 182 min manata bərabər olub.
Qeyd edək ki, ASC-nin 2020-ci ildə faiz gəlirləri olmayıb. Ümumilikdə "Azərxalça"nın əməliyyat zərəri ötən il 12% artaraq 3,8 milyon manata, xalis zərəri isə 2,6% azalaraq 3,2 milyon manata bərabər olub.

Bu ilin əvvəlində ASC-nin aktivləri 3,9% artaraq 102,796 milyon manata, öhdəlikləri 2,7 dəfə azalaraq 385 min manata, balans kapitalı isə 3,4 % azalaraq 102,411 milyon manata enib.

Xatırladaq ki, hesabatlara əsasən “Azərxalça” artıq dörd ildir ki, zərərlə işləyir. ASC 2020, 2021-ci illə yanaşı, 2019 və 2018-ci illər üzrə də xalis zərər açıqlayıb. Səhmdar cəmiyyətin ümumilikdə yığılmış zərəri 17,04 milyon manata bərabər olub ki, bu da son bir ildə 23 % artıb.

AzVision.az



Teqlər:





Xəbər lenti