"Azərenerji" Laçında fəaliyyətə başlayıb - FOTO

 "Azərenerji" Laçında fəaliyyətə başlayıb -  FOTO
  26 Avqust 2022    Oxunub:1712
Laçın şəhəri, Zabux və Sus Kəndləri Azərbaycan ordusunun nəzarətinə keçən kimi, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq "AzərEnerji" ASC-nin əməkdaşları xüsusi avadanlıq, texnika, mal-materialla təchiz olunmuş kalonlarla əraziyə daxil olub.
Bu barədə AzVision.az-a qurumun mətbuat idarəsinin rəisi Teymur Abdullayev məlumat verib.

"Məqsəd ən qısa vaxtda enerji infrastrukturu dağıdılmış Laçın şəhəri, Zabux və Sus kəndlərində Azərbaycan işığını yandırmaqdır. Artıq mima təmizləyən qruplarla əlaqəli şəkildə ərazidə işlərə başlanılıb", - deyə o, qeyd edib.



AzVision.az


Teqlər:





Xəbər lenti