Çexiya parlamenti İsveç və Finlandiyanın NATO-ya daxil olmasını dəstəklədi

Çexiya parlamenti İsveç və Finlandiyanın NATO-ya daxil olmasını dəstəklədi
  27 Avqust 2022    Oxunub:1101
Çexiyanın Deputatlar Palatası (parlamentinin aşağı palatası – red) İsveç və Finlandiyanın Şimali Atlantika Müqaviləsi Təşkilatına daxil olmasını dəstəkləyib.
Bu barədə AzVision.az parlamentin mətbuat xidmətinə istinadən xəbər verir. Belə ki, səsvermədə iştirak edən 151 deputatdan 135-i İsveçin NATO-ya qəbul edilməsinin lehinə, dördü isə əleyhinə səs verib. Səsvermədə iştirak edən 152 parlamentaridən 134-ü NATO-nun Finlandiya hesabına genişlənməsinin lehinə, dördü isə əleyhinə səs verib.

Senat (parlamentin yuxarı palatası – Red) bundan əvvəl də iki ölkənin NATO-ya daxil olmasını dəstəkləmişdi. Parlamentin təsdiq etdiyi sənədləri hələ ki, Çexiya prezidenti Miloş Zeman imzalamalıdır. İyunun sonunda baş nazir Petr Fiala qeyd edib ki, Zeman İsveç və Finlandiyanın alyansa daxil olmasını dəstəkləyib.


AzVision.az



Teqlər:



Xəbər lenti