“Formula 1”-in imzalanma mərasimi Bakıda keçiriləcək

“Formula 1”-in imzalanma mərasimi Bakıda keçiriləcək
  01 May 2014    Oxunub:1096
“Formula 1” yarışı kontraktının imzalanması mərasimi may ayının ortalarında Bakıda baş tutacaq.
AzVision.az-a bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmaya Məmmədova məlumat verib.

Onun sözlərinə görə, 2015-ci ilin payızında Bakıda keçirilməsi planlaşdırılan “Formula 1” yarışı kontraktının imzalanması mərasimi may ayının ortalarında Bakıda olacaq. Kontrakt “Formula 1” World Championship Limited şirkətinin rəhbərliyi və Bakı Qran-pri şirkəti arasında imzalanacaq.

Sevinc


Teqlər:  





Xəbər lenti