İranla Azərbaycan arasında ticarət artıb

İranla Azərbaycan arasında ticarət artıb
  27 Avqust 2022    Oxunub:1006
Ötən ay İranın Azərbaycanla ticarət dövriyyəsi 100% artıb.
AzVision.az xəbər verir ki, bunu İranın Ticarətin İnkişafı Təşkilatının rəhbəri Əlirza Peyman Pak deyib.

O bildirib ki, bu ilin iyul ayında İran və Azərbaycan arasında ikitərəfli ticarətin həcmində ötən ilin müvafiq dövrü ilə müqayisədə 100% artım qeydə alınıb. Bu artım məqsədəuyğun və sabitdir.

Ə. Peyman Pak həmçinin İranın Avrasiya İttifaqının milyardlarla dollarlıq bazarı ilə ticarətə hazırlığına toxunaraq deyib. "Bu gün biz təkcə Rusiya deyil, Qazaxıstan, Ermənistan, Belarus və Qırğızıstanla da ticarətin həcminin artmasını müşahidə edirik".

Onun sözlərinə görə, hazırda İranın tikinti materialları, maşın, tibbi və sənaye avadanlığı sahələrində geniş bazarları var. Bu sahədə işgüzar əlaqələri artırmaq üçün razılaşmalar əldə olunub.

AzVision.az



Teqlər: İran   Azərbaycan   Ticarət  





Xəbər lenti