Tovuzdakı qəzada ölənlərin kimliyi məlum oldu - YENİLƏNİB

 Tovuzdakı qəzada ölənlərin kimliyi məlum oldu -  YENİLƏNİB
  28 Avqust 2022    Oxunub:1594
Qəzadan sonra ağır vəziyyətdə xəstəxanaya yerləşdirilmiş “VAZ 2107” markalı minik avtomobilinin sürücüsü 1990-cı il təvəllüdlü İsmayılzadə Müşviq həkimlərin səyinə baxmayaraq həyatını itirib.
Qəza zamanı 2011-ci il təvəllüdlü Mustafayev Fərid Yaşar oğlu ölüb. Həmçinin Daşkəsən rayon sakinləri 1988-ci il təvəllüdlü Əliyev Elçin və 1992-ci il təvəllüdlü Aslanov Elçin xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

***
15:11
Tovuz rayonunda ağır yol-nəqliyyat hadisəsi olub.

Hadisə rayonun Düz Cırdaxan kəndində qeydə alınıb.

Belə ki, "VAZ-2107" və "Mercedes" markalı avtomobillərin toqquşması nəticəsində 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırmalara başlanılıb.(Report)

AzVision.az


Teqlər:



Xəbər lenti