Sabahın havası: 39 dərəcə isti

      Sabahın havası:    39 dərəcə isti
  29 Avqust 2022    Oxunub:928
Avqustun 30-da Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən AzVision.az - a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında yağmursuz. Cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 19-22° isti, gündüz 33-38° isti olacaq. Bakıda gecə 20-22° isti, gündüz 34-36° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət gecə 60-65 %, gündüz 25-30 % olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 18-23° isti, gündüz 34-39° isti, dağlarda gecə 11-16° isti, gündüz 23-28° isti olacaq.

AzVision.az


Teqlər:



Xəbər lenti