Britaniya hərbi təyyarələri mülki hava limanlarına yerləşdirir

   Britaniya hərbi təyyarələri mülki hava limanlarına yerləşdirir
  29 Avqust 2022    Oxunub:1190
Böyük Britaniya Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr İkinci Dünya Müharibəsindən sonra ilk dəfə olaraq regional mülki hava limanlarına köçürülür. Buna səbəb Rusiya ilə yaranmış gərginliyin artmasıdır.
AzVision.az xəbər verir ki, bu barədə "Daily Express” məlumat yayıb.

Nəşrin məlumatına görə, sentyabrda keçiriləcək sınaqlar zamanı Norfolk və Linkolnşir və Şotlandiya qraflıqlarında yerləşən "Eurofighter Typhoon"la F-35 qırıcıları kiçik qruplara bölünərək uçuş-enmə zolaqları olan bir sıra regional hava limanlarının kənarında yerləşdiriləcəklər. Həmin mülki obyektlər onları qəbul etməyə qadirdir.

Məlumata görə, bu məcburi baza qurmanın məqsədi Hərbi Hava Qüvvələrinin Çevik Reaksiya Bölmələri öz bazalarına birbaşa hücumlara təcili və tez reaksiya verə bilməsini təmin etməkdir.

Tural Tağıyev
AzVision.az



Teqlər: Britaniya  





Xəbər lenti