Qazilərə psixoloji yardım üçün Türkiyədən mütəxəssislər gəlib
Görüşdə qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev Azərbaycan və Türkiyə münasibətlərinin dərin köklərə əsaslandığını, iki qardaş ölkə arasında bütün sahələrdə əməkdaşlığın nümunəvi olduğunu qeyd edib: “Tarixi torpaqlarımızı işğaldan azad etmək uğrunda aparılan əks-hücum əməliyyatlarının ilk dəqiqələrindən ölkəmizin yanında olan qardaş Türkiyə Respublikasının dəstəyini bu gün də hiss edirik”.
Səfərin baş tutmasına görə Türkiyənin Səhiyyə Nazirliyinə təşəkkürünü bildirən Teymur Musayev postmüharibə dövründə qazilərimizin psixoloji durumunun nəzarətdə saxlanılmasında Türkiyəli mütəxəssislərin dəstəyinə ehtiyac olduğunu qeyd edib. Öz növbəsində Türkiyəli mütəxəssislər ölkələrimiz arasındakı qardaşlığın əbədi və sarsılmaz olduğunu vurğulayaraq, tarixin ən çətin dövrlərində bir-birilərinə olan dəstəyin bundan sonra da davam edəcəyini diqqətə çatdırıblar.
Bildirilib ki, 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın qəhrəman oğulları ölkənin tarixinə qızıl hərflərlə yeni səhifə yazıblar. Təbii ki, hər bir qələbənin öz çətinliyi var. Vətən müharibəsi iştirakçılarında postmüharibə sindromunun aradan qaldırılması üçün Türkiyəli mütəxəssislər bütün bilik və bacarıqlarını əsirgəməyəcəklərini vurğuladılar.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


