Fransanın Baş naziri əhaliyə qaz və işıqla bağlı çağırış etdi
“Bu qış qıtlıq təhlükəsi ilə yeganə seçimimiz enerji istehlakımızı azaltmaqdır. Əgər biz bunu etməsək və hər kəs öz üzərinə düşəni etməsə, iqtisadi və sosial fəsadlarla nəticələnən ciddi qaz dayanmaları baş verə bilər. Bu vəziyyət elektrik enerjisinə də təsir edə bilər və nəyin bahasına olursa olsun bundan qaçmalıyıq”.
Fransa baş nazirinin qeyd etdiyi kimi, ölkənin həm qaz, həm də elektrik enerjisi çatışmazlığından qaçmaq şansı var. O, həmçinin vurğulayıb ki, elektrik enerjisinin kəsilməsi birbaşa ölkədə fəaliyyət göstərən atom elektrik stansiyalarının fəaliyyətindən asılı olacaq - hazırda Fransada 56 AES reaktorundan yalnız 24-ü işləyir, qalanları müxtəlif səbəblərdən dayandırılıb.
AzVision.az
Teqlər: