"Bizə 102 kisə sümük qalıqları gətirilib" - Ədalət Həsənov

  "Bizə 102 kisə sümük qalıqları gətirilib" -    Ədalət Həsənov
  30 Avqust 2022    Oxunub:1212
"I Qarabağ müharibəsi və ondan sonrakı dövrlərdə basdırılmış həmvətənlərimizin sümük qalıqları bizə göndərilir. Bu günə qədər bizə 102 kisə sümük qalıqları gətirilib".
AzVision.az -ın xəbərinə görə, bunu Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və Patoloji Anatomiya birliyinin direktoru Ədalət Həsənov deyib.

Direktor qeyd edib ki, həmin sümük qalıqları qurumun əməkdaşları tərəfindən araşdırılıb:

"Müəyyən olunub ki, onların içərisində 156 şəxsə aid sümük qalıqları var. Həmin sümük qalıqlarının ümumi sayı isə 10 640-dır".

AzVision.az


Teqlər:



Xəbər lenti