Qubadlıda minaya düşən ANAMA əməkdaşının son durumu

   Qubadlıda minaya düşən ANAMA əməkdaşının son durumu
  30 Avqust 2022    Oxunub:826
Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) Qubadlıda minaya düşən əməkdaşının son durumunu açıqlayıb.
ANAMA-nın Mətbuat Xidmətindən AzVision.az -a daxil olan məlumatda deyilir:

"Bu gün Agentliyin minaaxtaran it bələdçisi, 1984-cü il təvəllüdlü Hüseynov Nəcməddin Abdulla oğlu işğaldan azad edilmiş Qubadlı rayonu ərazisində xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib.

Nəticədə Hüseynov Nəcməddin Abdulla oğluna yerində Agentliyin paramedikləri tərəfindən ilkin tibbi yardım göstəriləndən sonra Füzuli rayon xəstəxanasına yerləşdirilib. Hazırda vəziyyəti stabildir. Həyati təhlükəsi yoxdur. Hörmətli vətəndaşlar, bədbəxt hadisələrlə üzləşməmək üçün sizi daha diqqətli olmağa çağırırıq".

Mətnin müəyyən hissəsində oxşar və ya əlaqəli yazı yerləşdirmək



Teqlər:



Xəbər lenti