ARDNŞ ekoloji monitorinqə başladı

ARDNŞ ekoloji monitorinqə başladı
  02 May 2014    Oxunub:1292
ARDNŞ Xəzərdəki yataqlarda ekoloji monitorinq aparır.
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Xəzərin Azərbaycan sektorundakı "8 Mart" və "Səngəcal-Duvvanı-Xərə-Zirə" yataqlarında ətraf mühitin vəziyyətinin monitorinqini həyata keçirib.

ARDNŞ-dən AzVision.az –a verilən məlumata görə, monitorinqlər zamanı layihə üzrə seçilmiş stansiyalarda su nümunələri götürülüb, həmin nümunələrdə hidrogen ionlarının qatılığı (pH), oksigenin miqdarı, suyun duzluluğu, elektrik keçiriciliyi və temperaturu gəminin laboratoriyasındakı "Professional Plus" (ABŞ) çoxrejimli analitik cihazla təyin olunub.

Bundan başqa, yataqlarda mövsümlər üzrə dinamikanın öyrənilməsi məqsədilə dəniz dibindən çöküntü və bentos nümunələri, dəniz suyundan fitoplankton və zooplankton nümunələri götürülüb, gəminin laboratoriyasında konservasiya edilib, qablaşdırılıb və Ekologiya İdarəsinin sahildə yerləşən Kompleks Tədqiqatlar Laboratoriyasına təhvil verilib. Monitorinq zamanı stansiyalarda dəniz axınlarının sürət və istiqaməti müasir tipli "3D-ACM-7000" cihazı vasitəsi ilə ölçülüb.

Aparılacaq analitik tədqiqatlardan sonra ətraf mühitin vəziyyəti barədə monitorinq hesabatı hazırlanacaq. Ekoloji monitorinq işlərinin digər dəniz yataqlarında da davam etdirilməsi nəzərdə tutulur.


Teqlər:





Xəbər lenti