Azərbaycan XİN Qazaxıstanı təbrik edib

Azərbaycan XİN Qazaxıstanı təbrik edib
  30 Avqust 2022    Oxunub:857
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Qazaxıstanla diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü ilə bağlı bu ölkəni təbrik edib.
AzVision.az xəbər verir ki, bu barədə xarici əlaqələr idarəsinin tviter səhifəsində paylaşım edilib:

“Bu gün Azərbaycan və Qazaxıstan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümüdür. Bu münasibətlə Qazaxıstan Respublikasının hökumətinə və xalqına ən xoş diləklərimizi çatdırırıq. Azərbaycan və Qazaxıstan arasında strateji əlaqələrin daha da möhkəmlənməsini səbirsizliklə gözləyirik”.

AzVision.az


Teqlər:



Xəbər lenti