Zaqatalada yanğının söndürülməsinə helikopterlər cəlb edilib

   Zaqatalada yanğının söndürülməsinə helikopterlər cəlb edilib
  30 Avqust 2022    Oxunub:1030
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Zaqatala rayonunun Yuxarı Tala kəndi yaxınlığında dağlıq-meşəlik ərazidə yanğın olması barədə məlumat daxil olub.
Bu barədə AzVision.az - a FHN-in Mətbuat Xidmətindən məlumat verilib.

Məlumatla əlaqədar FHN-nin müvafiq qüvvə və texnikaları, o cümlədən 2 ədəd helikopteri yanğınsöndürmə işlərinə cəlb olunub.

Əlavə məlumat veriləcək.

AzVision.az


Teqlər:



Xəbər lenti