Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi bu ilin 26-29 may tarixində Bakıda təşkil edilən “Teknofest - Azərbaycan” festivalının tərəfdaşı olub və stendlə təmsil olunub. Bu dəfə isə “ASAN xidmət” Türkiyədə təşkil edilən festivalda ilk dəfə stend ilə təmsil olunur.
Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktara “ASAN xidmət” stendi barədə ətraflı məlumat verib.
Stenddə Dövlət Agentliyinin müxtəlif qurumlarının və struktur bölmələrinin - “Elektron Hökumətin İnkişafı Mərkəzi”nin, “ABAD”ın, “YAŞAT” Fondunun, ASAN Radionun, “İnnovasiyalar Mərkəzi”nin innovativ məhsul və həlləri nümayiş olunur. Stend "ABB” ASC-nin maliyyə tərəfdaşlığı ilə təqdim olunur.
Festival günləri çərçivəsində Türkiyədə yaşayan Azərbaycanlılara dövlət xidmətlərinin çatdırılması məqsədilə Səyyar ASAN xidmət avtobusu vasitəsilə xidmət də göstərilir.
4 sentyabradək davam edəcək festivaldan “ASAN Radio” tərəfindən mütəmadi canlı yayım və reportajlar yayımlanacaq.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


