Oqtay Əsədov yenə federasiya prezidenti oldu

   Oqtay Əsədov yenə federasiya prezidenti oldu
  31 Avqust 2022    Oxunub:830
Azərbaycan Tennis Federasiyasının seçki iclası keçirilib.
AzVision.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin inzibati binasında təşkil edilən tədbirdə Oqtay Əsədov növbəti 4 il müddətinə federasiyanın prezidenti seçilib.

Gülməmməd Cavadov isə vitse-prezident seçilib. İcraiyyə Komitəsi üzvləri Mehman Qocayev, Fərid Şirinov, Salam Əsgərəlizadə, Yalçın Manaflıdır.

Qeyd edək ki, Oqtay Əsədov Milli Məclisin sabiq sədri, hazırda isə 45 saylı Abşeron seçki dairəsinin deputatıdır.

AzVision.az


Teqlər:



Xəbər lenti