Konstitusiya Məhkəməsi Palatası Ombudsmanın sorğusuna baxıb

   Konstitusiya Məhkəməsi Palatası Ombudsmanın sorğusuna baxıb
  31 Avqust 2022    Oxunub:1287
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AzVision.az -a bildiriblər ki, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VII hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə dair Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) sorğusuna baxılaraq, Plenumun icraatına qəbul olunması haqqında qərardad çıxarılıb.

Sorğuya mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun sentyabrın 23-nə təyin edilmiş iclasında baxılacaq.

AzVision.az



Teqlər:



Xəbər lenti