Günel Gözəlova Fonddakı işindən ayrıldı
xəbər verir ki, bu barədə G.Gözəlova sosial şəbəkə hesabında məlumat paylaşıb.
"Əziz dostlar, sabahdan Beynəlxalq Avrasiya Mətbuat Fondunda media və təhsil sahəsi üzrə Vitse-Prezident kimi fəaliyyət göstərməyəcəm. Keçmişə hörmət, gələcəyə inamla yola daha iri və inamlı addımlarla davam. Hamıya uğurlar!", - deyə G.Gözəlova bildirib.
Qeyd edək ki, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. 2000-2003-cü illərdə Azərbaycan Dövlət Televiziyasında aparıcı-jurnalist, 2003-2016-cı illərdə Lider TV-də aparıcı, redaktor, “Gənclər” redaksiyasının rəhbəri, “Lider Xəbər” departamentinin rəis müavini, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə mətbuat katibi, “Azərpoçt” MMC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifələrində çalışıb.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


