Bakıda gənc tanışını bıçaqlayıb öldürdü

Bakıda gənc tanışını bıçaqlayıb öldürdü
  31 Avqust 2022    Oxunub:1239
Bakıda 19 yaşlı gənc qətl törədib.
Bu barədə AzVision.az -a Nərimanov Rayon Prokurorluğundan məlumat verilib. Belə ki, avqustun 31-i saat 04 radələrində Nərimanov rayonu, Qarabağ küçəsində 1989-cu il təvəllüdlü Ceyhun Sədyarovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı, 2003-cü il təvəllüdlü Ömər Cəfərlinin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Ceyhun Sədyarovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Ömər Cəfərli şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. İstintaq tədbirləri davam etdirilir.

AzVision.az



Teqlər:





Xəbər lenti