Bu il Yunanıstan 20 milyondan çox turist qəbul edəcək

Bu il Yunanıstan 20 milyondan çox turist qəbul edəcək
  02 May 2014    Oxunub:1286
“2015-ci ildə Yunanıstana bundan da çox turist gələcək”.
AzVision.az xəbər verir ki, Yunanıstanın Baş naziri Antonis Samaras əmindir ki, bu il ölkə turizm sahəsində yeni rekord vuracaq - 20 milyondan çox turist qəbul edəcək.

Ötən il Yunanıstana 17,9 milyon turist gəlib. Hazırda bu rekord göstəricidir. Halbuki turizm sahəsinin əməkdaşları 19 minədək turist qəbul etməyə hazırlaşırdılar.

Ölkənin Baş naziri Antonis Samaras Yunanıstanın Turizm Müəssisələri Assosiasiyasının iclasında deyib ki, “Bu il ölkəmizə səfər etmək qərarına gəlmiş 20 milyondan çox insanı qəbul etməyə hazırlaşın. 2015-ci ildə Yunanıstana bundan da çox turist gələcək”.

A.Samaras deyib: “Yunanıstan bənzərsiz gözəlliyi hər hansı ölkə ilə rəqabət aparması üçün ona üstünlük verir”. Baş nazirin sözlərinə görə, turizm Yunanıstan iqtisadiyyatının 15 faizini əhatə edir. Hazırda bu sahə qarşısında dörd vəzifə dayanır.

Turizm mövsümünü genişləndirmək, gəliri çox olan əcnəbiləri, habelə Rusiya, Çin, ABŞ, İsrail, Fransa və Hollandiyadan turistlər cəlb etmək, tarixi və dini yerlərə getmək, tibbi xidmətlər və dəniz turizmi kimi xüsusi xidmətlər təklif edən turizm komplekslərini və istirahət evlərini inkişaf etdirmək həmin vəzifələr sırasındadır.
Baş nazirin sözlərinə görə, gözəllik və müasir infrastruktur yetərli deyildir. Xarici qonaqlar ölkənin istənilən guşəsinə rahat gedib-gəlməlidir. Bunun üçün külli miqdarda sərmayə tələb olunur.

A.Samaras deyib: “Yunanıstan hökuməti infrastruktura və turizmlə bağlı layihələrə növbəti altı il ərzində hər il 500 milyon avro sərmayə yatırmağı planlaşdırır. Eyni zamanda hesablamalara görə, özəl sektor hər il üç milyard avro investisiya yatıracaqdır. Məsələn, hazırda mövcud olan 32 marinanın (yaxta dayanacağı) sayı artırılacaq, on il ərzində daha 70 marina inşa ediləcəkdir. Nəqliyyatın işi yaxşılaşdırılacaq, vizaların verilməsi qaydaları sadələşdiriləcəkdir. Bundan əlavə, Afina və Salonikidə “İstirahət gününün turları”, yaxud “city break” istiqamətini inkişaf etdirmək planlaşdırılır.


Teqlər:





Xəbər lenti