Bolqarıstan Azərbaycandan əlavə təbii qaz istəyir

   Bolqarıstan Azərbaycandan əlavə təbii qaz istəyir
  01 Sentyabr 2022    Oxunub:1155
“Biz bütünlüklə “Qazprom”a güvənmirik, diversifikasiyaya güvənirik, bir sıra şirkətlərlə - “Shell”, “Cheniere” və ölkələrlə - Türkiyə və Azərbaycanla əlavə təbii qazla bağlı danışıqlar aparırıq”.
Bunları Bolqarıstanın energetika naziri Rosen Xristov deyib. Xristov “Qazprom”a ödəniş etmək üçün rubl hesabının açılıb-açılmayacağı ilə bağlı təfərrüatı açıqlamaqdan imtina edib və bunun məxfi məlumat olduğunu izah edib. "Təfərrüatları müzakirə edə bilmərəm, lakin biz tamamilə digər Avropa ölkələrinin üzərində çalışdığı sxem üzrə işləyirik. Biz özümüzü digər Avropa ölkələrindən ayırmayacağıq", - o vurğulayıb.

Xristov vurğulayıb ki, əgər Bolqarıstanın əvvəlki hökuməti öz işini layiqincə görsəydi, qısa müddət ərzində həll yolu axtaracaq vəziyyətdə olmazdılar. "Biz həm boru kəməri qazının, həm də LNG terminalı həcmini təmin edəcək strategiyaları müzakirə edirik", - nazir vurğulayıb.

Xristov təmsil olunduğu komandanın hakimiyyətə gələndən bəri “Bulqarqaz”ın bərpası üzərində işlədiklərini bildirib və şirkətin gücləndirilməsi üçün ayırdıqları vəsaiti xatırladıb. O, tezliklə növbəti dəfə daha çox əlavə vəsait ayrılacağını açıqlayıb.

Nazir qeyd edib ki, vətəndaşlara və müəssisələrə kömək etmək üçün onların edə biləcəyi yeganə iş onları qazla təmin etməkdir.

Qeyd edək ki, dünən Azərbaycanın energetika naziri Pərviz Şahbazov bolqarıstanlı həmkarı ilə Yunanıstan-Bolqarıstan İnterkorrektoru (IGB) vasitəsilə oktyabrın 1-dən başlanması planlaşdırılan təbii qaz nəqlini müzakirə edib.

Telefon danışığı zamanı Azərbaycan qazının müəyyən olunmuş vaxtda nəql ediləcəyi təsdiqlənib.

Tərəflər, həmçinin Bolqarıstana əlavə həcmdə Azərbaycan qazının nəqlinin texniki imkanlarını müzakirə ediblər.

Azərbaycan qazının Avropaya - İtaliya, Yunanıstan və Bolqarıstana nəqlinə 2020-ci il dekabrın 31-dən Cənub Qaz Dəhlizi (SGC) vasitəsilə başlanılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti