Bu il riyaziyyat ixtisasında keçid balı BDU-nun Hüquq fakültəsindən yüksək olub

   Bu il riyaziyyat ixtisasında keçid balı BDU-nun Hüquq fakültəsindən yüksək olub
  01 Sentyabr 2022    Oxunub:1934
Bu il riyaziyyat ixtisasında keçid balı BDU-nun Hüquq fakültəsindən yüksək olub. Builki imtahanların nəticələri göstərir ki, savadlı, istedadlı gənclər müəllimliyə can atırlar.
AzVision.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə söyləyib.

"Builki imtahanların nəticəsi bizə imkan verir ki, rahat şəkildə bu sahədə uzun illərin təbliğatının, eləcə də təhsildə aparılan islahatların nəticəsində ictimai fikirdə riyaziyyat fənni ilə əlaqəli dəyişikliyin baş verdiyini deyə bilək. Artıq yüksək balı toplayan istedadlı, bilikli gənclər müəllim olmaq istəyir. Bu da bizi şad edir"-deyə, o bildirib.

Xatırladaq ki, ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri avqustun 31-də elan edilib.

AzVision.az



Teqlər:



Xəbər lenti