MN : "Laçın şəhəri, Zabux və Susda təxribat qeydə alınmayıb"

      MN   : "Laçın şəhəri, Zabux və Susda təxribat qeydə alınmayıb"
  01 Sentyabr 2022    Oxunub:1317
"Azərbaycan Ordusunun maddi-texniki təminat bölmələri tərəfindən hazırda nəzarətə götürülmüş ərazilərdə: Laçın şəhəri, Zabux və Sus yaşayış məntəqələrində dislokasiya olunan bölmələrin hərbi qulluqçularının məişət şəraitinin yaxşılaşdırılması istiqamətində fəaliyyətlər həyata keçirilir".
Bu fikirləri Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini, polkovnik-leytenant Anar Eyvazov deyib.

"Biz əminik ki, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində digər azad olunmuş ərazilərdə olduğu kimi, bu ərazilərdə də qısa müddət ərzində hərbi qulluqçularımızın sosial məişət şəraiti yüksək səviyyəyə çatdırılacaq", - MN rəsmisi qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan Ordusunun bölmələri Laçın şəhəri, Zabux və Sus yaşayış məntəqələrini nəzarətə götürdükdən sonra bu ərazilərdə təxribat xarakterli fəaliyyətlər qeydə alınmayıb:

""Bölmələrimiz hər zaman istənilən təxribatın qarşısını almağa hazırdır. Təbii ki, biz təxribat deyəndə minaları nəzərə almırıq. Çünki biz bilirik ki, Laçın rayonu ərazisində çoxlu sayda minalar basdırılıb. Bunlar da mütəmadi olaraq aşkarlanır və utilizasiya edilir".(Report)

AzVision.az



Teqlər:



Xəbər lenti