Yanğınlarda 3 nəfər tüstüdən zəhərlənib

   Yanğınlarda 3 nəfər tüstüdən zəhərlənib
  01 Sentyabr 2022    Oxunub:961
Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 112 halda yanğına çıxış, 2 halda köməksiz vəziyyətdə qalma və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
FHN-in mətbuat xidmətindən AzVision.az -a bildiriblər ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində biri azyaşlı olmaqla dörd nəfər, o cümlədən Göygöl rayonunun Hacıməlik kəndində iki yük avtomobilinin toqquşması nəticəsində deformasiyaya uğrayan nəqliyyat vasitələrində sıxılı vəziyyətdə qalmış 2 nəfər xilas edilib. Yanğın zamanı 18 nəfər təhlükəsiz əraziyə təxliyə olunub, 3 nəfər tüstüdən zəhərlənib, 1 nəfər yanıq xəsarəti alıb.

Fövqəladə Hallar Nazirliyi əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

AzVision.az



Teqlər:





Xəbər lenti