ZƏFƏR yolunda yeni-yeni uğurlara imza atılır

ZƏFƏR yolunda yeni-yeni uğurlara imza atılır
  01 Sentyabr 2022    Oxunub:997
Replika

“Beşinci kolon” deyəndə, çox adam, tək rus casus şəbəkəsini düşünür, lakin bu, bütün dünyada Türkə qarşı birləşən koalision güclərin, ölkə daxilindən qidalanaraq, Azərbaycana qarşı apardıqları hibrid müharibəsinin metastaz verən gizli şəbəkəsidir! Bu “bulanıq suda” hər kəs öz balığını tutmağa çalışır…
Ancaq unudurlar ki, Azərbaycan beynəlxalq münasibətlər sisteminin nüfuzlu üzvü, müasir, dünyəvi, demokratik dövlətdir. Bu dövlət Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 30 illik işğala 44 gün ərzində son qoyaraq ərazi bütövlüyünü bərpa etdi. Dövlət-ordu-xalq birliyi nəticəsində Tarixi Zəfər qazanıldı. Hər məsələnin həllinin zamana ehtiyacı var.

Lakin, “Vaxtı catmayan işi görmək, dağı yerindən oynatmaq qədər cətindir” (Hz.Əli) prinsipinə əməl edən və müəllifi olduğu - “Nəyi, necə və nə vaxt edərlər?” siyasi düsturun kreativ həllini bilən Ali Baş Komandan, cənab İlham Əliyev, oyunbaz düşmənlərin başını “Dəmir yumruq”la əzərək, ZƏFƏR yolunda yeni-yeni uğurlara imza atır! Allah onu qorusun!!!

Həsən Şirinov


Teqlər: Zəfər  



Xəbər lenti