Prezidentin azərbaycanlı jurnalistlə səmimi görüşü - VİDEO

   Prezidentin azərbaycanlı jurnalistlə səmimi görüşü -    VİDEO
  02 Sentyabr 2022    Oxunub:1490
Xəbər verdiyimiz kimi sentyabrın 2-də İtaliyanın Çernobbio şəhərində “The European House – Ambrosetti” beyin mərkəzi tərəfindən “Dünya, Avropa və İtaliyaya baxış” və “Rəqabətli strategiyalar üçün bu günün və sabahın ssenarisi” mövzusunda 48-ci beynəlxalq Çernobbio Forumu baş tutub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliya Prezidenti Sercio Mattarellanın, İtaliya Nazirlər Şurasının Sədri Mario Draqinin və “The European House – Ambrosetti” beyin mərkəzinin dəvəti ilə beynəlxalq forumda əsas qonaq qismində iştirak edib.

Dövlətimizin başçısı forumun plenar iclasında “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxış edib.

Prezident İlham Əliyev tədbir salonuna daxil olarkən Real TV-nin canlı yayıma çıxan jurnalisti Kamran Qasımova əlini uzadaraq salamlaşıb. Bu səhnə maraqla qarşılanıb.



AzVision.az


Teqlər:



Xəbər lenti