Zidanın oğlu aşağı liqa klubuna keçdi

Zidanın oğlu aşağı liqa klubuna keçdi
  02 Sentyabr 2022    Oxunub:625
"Real"ın sabiq futbolçusu Luka Zidan İspaniyada klubunu dəyişib.
AzVision.az xəbər verir ki, 24 yaşlı qapıçı azad agent qismində "Eybar"a keçib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Sequnda təmsilçisi Zidanla 2 illik müqavilə bağlayıb.

Qeyd edək ki, "Real"ın sabiq baş məşqçisi Zinəddin Zidanın oğlu olan Lukanın sonuncu klubu "Rayo Valyekano" olub.

AzVision.az


Teqlər:



Xəbər lenti