Xəzər suyunun duzsuzlaşdırılması məsələsinə baxılır

   Xəzər suyunun duzsuzlaşdırılması məsələsinə baxılır
  02 Sentyabr 2022    Oxunub:643
Xəzər dənizinin suyunun təmizlənib içməli su səviyyəsinə çatdırılması ilə bağlı hansısa layihə həyata keçirilməyib. Gələcəkdə bununla bağlı dövlət investisiya proqramı çərçivəsində hər hansı bir təşəbbüs və ya layihə olarsa, həmin məsələ mümkün ola bilər.
Bunu Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Nazim Mahmudov Ekologiya və Təbii Sərvətlər Nazirliyinin feysbuk səhifəsində yayımlanan “Ekspert saatı”nda deyib.

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Planlaşdırma və layihələndirmə departamentinin rəisi Bahadur Kəngərli isə bildirib ki, dəniz suyunun duzsuzlaşdırılması və istifadəsi məsələsinə baxılır: “Lakin bu, hələ layihə səviyyəsindədir və müzakirələr davam etdirilir”.

AzVision.az



Teqlər:



Xəbər lenti