Bakıda moped sürücüsü həbs olundu - VİDEO
Mopedi dəbilqəsiz istifadə etdiyi üçün ona verilən saxla işarəsinə tabe olmayan sürücü, daha sonra Səməd Vurğun küçəsində əks istiqamətli zolağa çıxaraq bir neçə dəfə polis əməkdaşlarına tabe olmayıb. Nəhayət sürücü və yanındakı sərnişin saxlanılaraq toplanmış materiallar Nəsimi rayon Polis İdarəsinin 21 ci polis bölməsinə təhvil verilib.
Bölmədə toplanılmış materiallar isə avqustun 30 da Nəsimi rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarıyla Zayıdov İnqilab Rövşən oğlu 10 gün müddətinə azadlıqdan məhrum edilib. Onun yanındakı digər şəxslə bağlı isə toplanmış materiallar yaşadığı ərazi üzrə Yasamal rayon Məhkəməsinə göndərilib.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


