Azərbaycan-İtaliya Hökumətlərarası Komissiyasının tərkibində dəyişiklik olub

Azərbaycan-İtaliya Hökumətlərarası Komissiyasının tərkibində dəyişiklik olub
  03 Sentyabr 2022    Oxunub:758
Prezident İlham Əliyev “Azərbaycan Respublikası və İtaliya Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” 20 sentyabr 2006-cı il tarixli sərəncamında dəyişiklik edib.
AzVision.az xəbər verir ki, dövlət başçısı bununla bağlı yeni sərəncam imzalayıb.

Sərəncama əsasən, Komissiyanın üzvü olan rəqəmsal inkişaf və nəqliyyat nazirinin I müavini nazir müavini ilə əvəz olunub.
AzVision.az



Teqlər:



Xəbər lenti