Bakıda polis rəisi döyülən xəstə şəxsi qanunsuz həbs etdirdi

   Bakıda polis rəisi döyülən xəstə şəxsi qanunsuz həbs etdirdi
  03 Sentyabr 2022    Oxunub:1547
Bakıda şəhər sakini, 1979-cu il təvəllüdlü Rüstəm Cavid Ruzbeh oğlu qonşuları tərəfindən döyülməyinə baxmayaraq Xətai Rayon Polis İdarəsinin 37-ci polis şöbəsində aparılıb və qanunsuz olaraq orada saxlanılıb.
Bu barədə saxlanılan şəxsin qardaşı Rüstəmov Valid məlumat verib. Belə ki, Rüstəm Cavid Daxili İşlər Nazirliyinin 102- xidmətinə məlumat verərək qonşusu Orucov Araz Almaz oğlu və Ruqiyyə adlı şəxs tərəfindən döyüldüyünü bildirib.

Lakin, şikayətçi olmasına baxmayaraq Rüstəm Cavid ötən gün (2 sentyabr – red) mülki geyimdə, özlərini 37-ci PŞ-sinin əməkdaşları kimi təqdim edən şəxslər tərəfindən saxlanılıb və şöbəyə gətirilib. Özlərini polis kimi təqdim edən şəxslər Rüstəm Cavidi 37-ci PŞ-sinin rəisinin göstərişi əsasında saxladıqlarını bildiriblər.

Onun sözlərinə görə, qardaşının Şöbənin əməliyyat qrupunun üzvləri tərəfindən müqavimət göstərilərək azadlıq hüququnun təmin edilməsinə maneçilik törədilib:

“Xətai rayon prokurorluğunun əməkdaşları müraciətim əsasında 37-ci polis şöbəsində oldular. Məlum oldu ki, qardaşımın şöbəyə gətirilməsi haqqında qeydiyyat kitabına heç bir qeydiyyat aparılmayıb. Hətta izahatının alındığı halda əsasız olaraq saxlanılıb. Bundan sonra qanunsuz hərəkətlərinin yaxşı nəticə verməyəcəyini düşünən “ağıllılar” tam əsasız şəkildə qardaşımı istintaq şöbəsinə göndəriblər.

Eyni vaxtı qardaşımın şikayətçi olduğu şəxslər dindirilməyib, Rüstəmin necə şəraitdə xəsarət alması ilə maraqlanmayıblar. Ümumiyyətlə Anar Orucovun və Rüqyyə adlı şəxslərin izahatı da alınmayıb. Müvafiq ekspertizalar təyin edilməyib. Çünki, onların rəyi olmalıdır.
Həmçinin təqsirləndirilən şəxs kimi həbs qətimkan tədbirinin seçilməsindən imtina edildikdə, o tutulma müddəti 48 saat başa çatmadıqda belə, dərhal buraxılmalıdır.

Prokurorluq tərəfindən onun azad edilməsi ilə bağlı qərar qəbul edilsə də, həmin qərar icra edilmədi. Özü də, əsasız başladılan Cavid Rüstəm Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulub. Lakin əsasız başlanan cinayət işinin başlanması haqqında qərar da ləğv edilib, prokuror tərəfindən əlavə araşdırma aparılaraq qanuni qərar qəbul edilməsi üçün göstəriş verilib”. Rüstəmov Valid əlavə edib ki, qardaşı xəstədir və həkim nəzarətində olmalıdır.

Saxlanılan şəxsin həyat yoldaşı Nərgiz Rüstəm bildirib ki, Araz və Ruqiyyə adlı şəxslər ərini “Lotu Quli” ilə qohum olmaları ilə bağlı təhdid ediblər: “Hələdilər ki, uşaqlarını oğurlayarıq. Onlar gürcüstanlıdırlar, hamısı əlbirdilər. Prokurorluq işini gördü, dərhal reaksiya verdi. Hamısı sağolsunlar”.




AzVision.az



Teqlər:





Xəbər lenti