Şabranda örüş yerini yandıran saxlanılıb

Şabranda  örüş yerini yandıran saxlanılıb
  03 Sentyabr 2022    Oxunub:790
Şabranda tanışının örüş sahəsini yandıran şəxs saxlanılıb
AzVision.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Belə ki, Şabran Rayon Polis Şöbəsinə (RPŞ) müraciət edən bir nəfər şəxs ona məxsus 1 hektar örüş sahəsinin Əli Ələkbərov tərəfindən ehtiyatsızlıqdan və məsuliyyətsizlikdən yandırılması barədə məlumat verib.

Yanğın zamanı xəsarət alan olmayıb. Hadisə yerinə Şabran Rayon Polis Şöbəsinin və yanğından mühafizə xidmətinin əməkdaşları cəlb olunub.

Faktla bağlı Şabran RPŞ-da araşdırma aparılır.

AzVision.az



Teqlər: Şabran   Yanğın  



Xəbər lenti