TƏBİB Lerikdə qəzada yaralanalar barədə məlumat yaydı

   TƏBİB Lerikdə qəzada yaralanalar barədə məlumat yaydı
  04 Sentyabr 2022    Oxunub:688
Lerik rayonunun Günəşli kəndində baş verən yol qəzası ilə bağlı TƏBİB-in tabeliyində fəaliyyət göstərən Lerik, Lənkəran və Masallı Rayon Mərkəzi Xəstəxanalarının təcili tibbi yardım briqadaları hadisə yerinə cəlb olunub.
Bu barədə AzVision.az -a TƏBİB-dən bildirilib.

Qəza nəticəsində xəsarət alanlardan 3 nəfər Lerik Rayon Mərkəzi Xəstəxanasına, 5 nəfər isə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hazırda onlara tibbi yardım göstərilir.

Xəsarət alanların vəziyyəti ilə bağlı əlavə məlumat veriləcək.

AzVision.az


Teqlər:



Xəbər lenti