Ukrayna DİN: Slavyanskda 10 blokpost ələ keçirilib

Ukrayna DİN: Slavyanskda 10 blokpost ələ keçirilib
  02 May 2014    Oxunub:1161
Ukrayna daxili işlər naziri Arsen Avakov Slavyanskda baş verən hadisələri şərh edib.
Ukrayna DİN: Slavyanskda bir pilot ölüb, yaralılar var

AzVison.az-ın məlumatına görə, daxili işlər naziri bildirib ki, Slavyanskda keçirilən xüsusi əməliyyatlar zamanı bir pilot ölüb, bir neçə nəfər yaralanıb.

Avakoveyni zamanda qeyd edib ki, Ukrayna hərbçiləri Slavyansk ətrafında yerləşən separatçıların 10 blokpostunu ələ keçirib, şəhər tamamilə mühasirəyə alınıb.

Onun sözlərinə görə, separatçılara qarşı keçirilən xüsusi əməliyyatda DİN, Milli Qvardiya və Silahlı Qüvvələrin əsgərləri iştirak edir. Əməliyyat zamanı separatçılar hərbçilərə qumbara da daxil olmaqla digər ağır silahlardan atəş açıblar.

Yaxın vaxtlarda xüsusi əməliyyatın keçirildiyi ərazidə dəmiryolu hərəkəti dayandırılacaq, Slavyansk yaxınlığındakı yollarda hərəkət minimuma qədər məhdudlaşıdırılıb.

Eldar
AzVision.az




Teqlər:  





Xəbər lenti