Londondan Kuala-Lumpura uçan təyyarə Bakıda təcili eniş etdi

   Londondan Kuala-Lumpura uçan təyyarə Bakıda təcili eniş etdi
  05 Sentyabr 2022    Oxunub:688
“Malaysia Airlines” aviaşirkətinə məxsus London - Kuala-Lumpur reysini həyata keçirilən hava gəmisinin kapitanı sərnişinin səhhətinin qəfil pisləşməsi (ürək tutması) səbəbindən Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.
Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təyyarə yerli vaxtı ilə saat 06:25-də Bakı hava limanına eniş edib. Sərnişinə tibbi yardım göstərilib və onun Bakıda tibb klinikalarından birinə yerləşdirilməsinə qərar verilib.

AzVision.az



Teqlər:



Xəbər lenti