Ucarda özünü benzinlə yandıran II qrup əlil ölüb

   Ucarda özünü benzinlə yandıran II qrup əlil ölüb
  05 Sentyabr 2022    Oxunub:1235
Ucarda özünü benzinlə yandıran II qrup əlil ölüb.
Bu barədə AzVision.az -ın sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilib ki, sentyabrın 4-də rayonun Alpout kənd sakini, II qrup əlil, 1965-ci il təvəllüdlü Nazir Həsənovun yaşadığı evin həyətindəki tövlədə üzərinə benzin tökərək özünü yandırması nəticəsində almış olduğu xəsarətlərdən sentyabrın 5-də səhər saatlarında Bakı şəhərində yerləşən 5 saylı şəhər Kliniki Xəstəxanasının yanıq şöbəsində vəfat edib.

Faktla bağlı Ucar Rayon Prokurorluğunda araşdırma aparılır.

AzVision.az



Teqlər:



Xəbər lenti