Lerikdəki qəzada xəsarət alanlardan ikisinin vəziyyəti ağırdır

 Lerikdəki qəzada xəsarət alanlardan ikisinin vəziyyəti ağırdır
  05 Sentyabr 2022    Oxunub:1002
Lerik rayonunun Günəşli kəndində baş verən qəza ilə bağlı xəsarət alanların müalicəsi TƏBİB-in tabeliyindəki Lənkəran Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir.
Bu barədə AzVision.az -a TƏBİB-dən məlumat verilb. Bildirilib ki, xəstəxananın Reanimasiya şöbəsində müalicəsi aparılan 8 nəfərdən (7-si qadın, 1-i kişi olmaqla) ikisinin vəziyyəti ağır, digərlərinin vəziyyəti isə orta ağır qiymətləndirilir.

Qeyd edək ki, hadisə sentyabrın 4-də rayonun Günəşli kəndində qeydə alınıb.

Belə ki, yerli turistləri daşıyan avtobus qəzaya uğrayıb. Nəticədə rayonun Göyşaban kənd sakini - Xəlilova Dilarə İslam qızı, Boladi kənd sakinləri - Həşimova Sərvər Əhməd qızı, Axundova Saray İslam qızı, Ağayeva Təcrübə Ağababa qızı, Cəfərova Güldəstə Məmmədağa qızı, Rzayeva Səmayə Ağababa qızı, Tahirova Zərintac İslam qızı vəfat edib. Sürücü Səyyadov Səyyad Hacıbala oğlunun vəziyyəti stabilləşdiyindən paltaya köçürülüb

AzVision.az



Teqlər:





Xəbər lenti