Yeddi ayda qazın qəbulu 7 faiz artıb

“Bu ilin yeddi ayı ərzində 4 milyard 824 milyon kubmetr qaz qəbul edilib. Ötən il isə müvafiq dövrdə bu göstərici 4 milyard 482 milyon kubmetr olub. Ümumilikdə 324 milyon artıq qaz qəbul edilib. Yeddi ay ərzində 2,5 faiz, başqa sözlə 85 milyon kubmetr qaz itkiləri azalıb. Qazın qəbulunun artması qeyri-yaşayış sahələri və sənaye müəssisələrinin açılması, əhali abonentlərinin artması ilə bağlıdır”, - deyə şöbə rəisi qeyd edib.
AzVision.az
Teqlər: